ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

 18:45 11.12.2019     309

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Redaktor.az-ın RİA-ya istinadən verdiyi xəbərə görə, ABŞ xəzinədarlığı İranın 2 gəmisinə, 5 hüquqi və 1 fiziki şəxsini "qara siyahıya" salıb. 

ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiya əsaslı tədbirlərini davam etdirəcəyini bildirib. 

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi, həmin qurumların kütləvi qırğın silahlarının yayılmasına yardım etdiyi göstərilir. 

Rüfət Xəlil