Qızları fahişəliyə cəlb edən dəstə yaxalandı - Əllərini qaynar suda yandırırlarmış... / FOTOLAR

 14:07 13.12.2019     1031

Türkiyədə xarici ölkələrdən qadınları aldadaraq gətirən, onları zorla fahişəliyə cəlb edən dəstə yaxalanıb.

Redaktor.az xəbər verir ki, bu gün səhər saatlarında İstanbul polisi böyük əməliyyat keçirib. Əməliyyat nəticəsində 21 əcnəbi qadın xilas edilib, 11 nəfər dəstə üzvü isə saxlanılıb.

Qadınların ifadəsi hər kəsi şoka salıb. Onlar bildiriblər ki, Türkiyəyə işləmək vədi ilə dəvət ediliblər. Ancaq sonradan dəstə üzvləri tərəfindən tanımadıqları kişilərlə intim əlaqədə olmağa məcbur ediliblər.

Pasportu əlindən alınan qadınların çoxu təhdid və şantajlar qarşısında asanlıqla təslim olub. Fahişəliklə məşğul olmaq istəməyənlərə isə ağır işgəncələr verilib. Hətda onlardan bir neçəsinin əli qaynar suda yandırılıb.

Qeyd edək ki, sözügedən qadınların çoxu Orta Asiyadandır.

Oral Mədənçi / Redaktor.az

2222222