Avstraliya: 11 milyon futbol meydançası qədər ƏRAZİ YANIB

 14:27 09.01.2020     1032

Avstaliyada aylardı davam edən meşə yanğınları get-gedə genişlənməkdədir.

Redaktor.az xəbər verir ki, Avstraliyalı yetkililərin sözlərinə görə, bu zamana qədər ölkədə 11 milyon futbol meydançası qədər ərazi yanaraq külə çevrilib.

Avstraliya mətbuatının yaydığı məlumata görə, fevral ayından başlayacaq küləklərin təsiri ilə yanğınlar daha da genişlənəcək.

Xatırladaq ki, aylardır Avstraliyada davam edən yanğınlar nəticəsində 25 insan və 480 milyon heyvan yanaraq ölüb.

Güney