ABŞ-ın büdcə kəsiri son 7 ildə ilk dəfə 1 trln. dolları ötüb

 11:00 14.01.2020     11643

2019-cu ildə ABŞ büdcəsinin defisiti 2018-ci illə müqayisədə 17,1% artaraq 1 trln. dolları keçib. Bu, son 7 ildə ABŞ-ın ən yüksək büdcə kəsiridir.

Redaktor.az-ın ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, 2018-ci ildə isə ABŞ-da büdcə kəsrinin artımı 28,2% təşkil etmişdi.

Qeyd edək ki, 2018-ci ildə qeydə alınan sürətli mənfi dinamikanın yavaşlatmağa korporativ vergi daxilolmalarının artması imkan verdi.//Apa.az