SON DƏQİQƏ: Danışıqlar nəticəsiz bitdi, general qərarını verdi - MÜHARİBƏ ALOVLANIR

 11:07 14.01.2020     9109

Rusiyanın paytaxtı Moskvada keçirilən Liviya ilə bağlı sülh danışıqları nəticəsiz başa çatıb.

Redaktor.az xəbər verir ki, ölkənin şərqinə nəzarət edən general Xəlifə Həftər razılaşmanı imzalamaqdan imtina edib. Buna səbəb isə sənəddə atəşkəsin pozulmamasına Türkiyə ordusunun nəzarət etməsi ilə bağlı hissədir.

“Liviya Milli Ordusu”nun komandiri general Xəlifə Həftər bildirib ki, Türkiyə Liviyadakı qoşunlarını çıxarmalı, hazırda paytaxt Trablusa nəzarət edən hökumətlə bütün anlaşmaları ləğv etməlidir.

Oral Mədənçi / Redaktor.az