21 Səuudi Ərəbistanlı tələbə ABŞ-dan DEPORTASİYA EDİLDİ

 11:30 14.01.2020     677

Amerika Müdafiə Nazirliyi Florida ştatında yerləşən hərbi bazaya hücumla bağlı araşdırmada 21 Səudiyyə Ərəbistanlı tələbəni ölkədən deportasiya edib.

Redaktor.az xarici mətbuata istinadən əsasən xəbər verir ki, Pentaqondan verilən açıqlamada qeyd edilir ki, Ədliyyə Nazirliyinin 6 dekabr 2019-cu il tarixində Florida ştatındakı Pensacola Dəniz Hava Bazasında baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılarkən, 21 Səudiyyə Ərəbistanlı hərbi tələbənin uşaq pornoqrafiyası və anti-Amerikan paylaşımları onların ölkədən departasiya edilməsinə səbəb olub.

Xatırladaq ki, Florida ştatının Pensacola şəhərindəki Hərbi Hava Bazasında təhsil alan Səudiyyə Ərəbistanlı  leytenantı Məhəmməd Səid Alşarmani tərəfindən təşkil edilən silahlı hücumda ABŞ Hərbi Dəniz Qüvvələrinin 3 şəxsi heyəti həlak olmuş, 8 nəfər yaralanmışdır. Alşarmani hadisə yerində ABŞ təhlükəsizlik qüvvələri tərəfindən vurularaq öldürülüb.

Güney

 

Vumart və Güvən reklamı Vumart Güvən