Tehranda həbslər BAŞLADI

 16:23 14.01.2020     431

Tehranda İran tərəfindən səhvən vurulan Ukrayna təyyarəsində həlak olanlar üçün aksiya keçirənlərə polis müdaxilə edib.

Redaktor.az xəbər verir ki, ilkin məlumata görə, 30 nəfər həbs edilib.

İran Ali məhkəməsinin sözcüsü Qulam Hüseyn İsmaili aksiyaların icazəsiz olduğunu bildirib. İsmaili həmçinin “milli təhlükəsizliyin hədəf alınmasına, ictimai təhlükəsizliyə təhdid və xarici qüvvələrin ölkəni qarışdırmasına dözməyəcəklərini vurğulayıb. İranda artıq bir neçə gündür ki, təyyarənin vurulmasıyla bağlı hökumətə qarşı aksiyalar keçirilir.

Xatırladaq ki, yanvar ayının 8-də səhər saatlarında Kiyevə getmək üçün Tehranın havalimanından qalxan təyyarə qısa müddət sonra İran tərəfindən vurulmuş və nəticədə 176 nəfər həlak olmuşdu. 

Güney