Səudiyyə Ərəbistanı 2019-cu il EDAM REKORDU QIRDI

 11:31 15.01.2020     802

2019-cu ildə Səudiyyə Ərdəbistanı 184 məhkumu edam edib.

Redaktor.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İnsan Hüquqları qrumu olan “Reprieve” yayımladığı hesabatda qeyd edib.

Hesabata görə, edam edilənlərdən 90-ı xarici vətəndaşdı. Hesabatda o da qeyd edilir ki, edam edilənlərdən 82-si narkotik maddələrin qaçaqçılığı, 57-si isə cinayətdə günahlandırılan məhkumlar olub.

2019-cu ildə S.Ərəbistanı ötən illərlə nisbətdə 30 nəfər daha çox adam edam edərək, edam rekordunu yeniləyib.

Xatırladaq ki, 2020-ci ildə artıq bu ölkədə 4 nəfər edam edilib.

Güney