KİV: Britaniya səfiri İranı tərk edib

 16:23 15.01.2020     445

Böyük Britaniyanın səfiri Robert Makeyr İranı tərk edib.

Redaktor.az-ın xəbərinə görə, bu iddia ilə “İranın səsi” teleradio şirkəti çıxış edib.  

“Tasnim” agentliyi də R. Makeyrin ölkəni tərk etdiyi barədə məlumat yayıb.

Xatırladaq ki, Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr yanvarın 12-də Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.//Apa.az