Rusiyada hökumət istefaya GETDİ

 17:53 15.01.2020     334

Rusiya hökuməti istefa verib.

Bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinin Nazirlər Kabineti ilə görüşündə bildirib.

D. Medvedev qeyd edib ki, Prezidentin Konstitusiyaya dəyişiklər təklifi fonunda hökumətin hazırkı tərkibində istefaya getməsini düzgün hesab edir.   

“Bu dəyişikliklər qəbul olunanda – çox güman ki, bu, müzakirələrdən sonra olacaq – təkcə Konstitusiyanın xeyli maddəsində deyil, bütövlükdə hakimiyyət balansında – icra, qanunvericilik, məhkəmə hakimiyyətində də dəyişikliklər baş verəcək. Bu kontekstdə aydındır ki, biz Rusiya Federasiyanın hökuməti kimi ölkə Prezidentinə bütün mümkün qərarları qəbul etmək imkanı yaratmalıyıq. Hesab edirəm ki, bu şəraitdə Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının hökumətinin hazırkı tərkibdə istefaya getməsi daha doğru olardı”, - deyə D. Medvedev vurğulayıb. 

Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib.//Apa.az