"Anadolu" agentliyinin Qahirədəki ofisində əməliyyat keçirilib

 20:35 15.01.2020     348

Xarici İşlər Nazirliyi

Türkiyənin "Anadolu" agentliyinin Qahirədəki ofisinə ötən gün axşam polis daxil olaraq 4 işçini özləri ilə aparıb, səhər isə onları sərbəst buraxıb.

Redaktor.az xəbər verir ki, həmin əməkdaşlardan biri Türkiyə, 3-ü Misir vətəndaşıdır.

Ofisdə müşahidə kamerasını və interneti söndürən polis səhərə qədər axtarış aparıb, əməkdaşların pasportlarını, telefonlarını, kompüterlərini müsadirə edərək ətrafla rabitə yaratmalarına yol verməyib. Daha sonra ofisə gələn vəkilə də bunların səbəbini izah etməyən polis onu bayıra çıxardaraq axtarışlara davam edib.

Misirin rəsmi qurumları məsələyə dair hər hansı açıqlama verməyib. Türkiyə Xarici İşlər Nazirliyi Misir polisinin bu əməliyyatını pisləyən açıqlama yayıb. (Report.az)