Avropa Parlamenti "Brexit" üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək

Avropa Parlamenti "Brexit"in şərtləri üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək.
Redaktor.az -ın verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İrlandiyada keçirilən mətbuat konfransı zamanı deyib.
U. fon der Lyayen bildirib: "Avropa Parlamenti onu ayın sonu təsdiqləyəcək".
Avropa Parlamentinin rəhbəri həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinə iki həftə qalıb. (Trend.az)