İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb

 00:45 16.01.2020     699

İspaniyanın Tarraqona vilayətində zavodda baş verən güclü partlayış nəticəsində 3 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə zamanı xəsarət alaraq ağır vəziyyətdə olan yaralılardan biri xəstəxanada ölüb.

“Val d Ebron xəstəxanasına ağır vəziyyətdə yerləşdirilən yaralı ölüb”, - deyə Kataloniyanın Mülki Müdafiə Xidmətinin “Twitter” səhifəsində bildirilir.

Xatırladaq ki, daha əvvəl hadisə zamanı 2 nəfərin öldüyü xəbər verilib. (Report.az)