BMT baş katibi Berlində Liviya üzrə konfransda iştirak edəcək

 03:25 16.01.2020     417

 BMT baş katibi Antoniu Quterreş Liviya üzrə beynəlxalq konfransda iştirak edəcək.

Redaktor.az -ın məlumatına görə bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb.

"BMT baş katibi bazar günü Liviya üzrə konfransda iştirak etmək üçün Berlinə yola düşəcək", - deyə BMT rəsmisi bildirib.

Onun sözlərinə görə, Quterreşi BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Hassan Salameni və BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo müşayiət edəcəklər.

Daha əvvəl bildirilirdi ki, Liviya üzrə Berlin konfransında Almaniya kansleri Angela Merkel və AFR Xarici İşlər Nazirliyinin başçısı Hayko Maas da iştirak edəcəklər.

Qeyd edilir ki, Berlinə həmçinin Liviya Milli Razılıq hökumətinin başçısı Faiz Sarrac və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar dəvət ediliblər.

Liviya üzrə Berlin konfransı yanvarın 19-da keçiriləcək. (Report.az)