Yaponiyada kişi nazir atalıq məzuniyyətinə çıxdı - FOTO

 03:55 16.01.2020     371

Yaponiyanın ətraf mühit naziri Sindziro Koidzumi ölkə tarixində ilk dəfə doğuluşu yanvarda gözlənilən birinci uşağına qulluq etmək üçün məzuniyyət götürmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Nazir Koidzumi uşağın doğuluşundan sonra üç ay ərzində toplam olaraq iki həftəlik məzuniyyət götürəcək. Əsas məzuniyyət qısa iş günü kimi və silinmiş iş hesabına formalaşdırılacaq ki, onun nazir vəzifəsinə və parlamentin deputatı kimi fəaliyyətinə zərər vurmasın.

O, həmçinin video müraciət formatından və əməkdaşlarla elektron poçtla ünsiyyətlərdən daha çox istifadə edəcək. Koizdumi arvadı, məşhur yapon modeli və televiziya aparıcısı Takiqava Kristelin hamiləliyinin məlum olmasından sonra məzuniyyət fikrini dəyişdirdi.

Qeyd edilir ki, onun məzuniyyət götürməklə bağlı qəti qərarı uşağa qulluq üzrə məzuniyyətlər barəsində yapon cəmiyyətində mövcud olan atmosferi dəyişdirmək arzusundan doğub.

Yaponiyada qanunvericilik hər iki valideynə uşağa qulluğa görə məzuniyyətə icazə verir. Amma ölkədə çox az kişi öz hüququndan istifadə edir. (Report.az)

1

1