Mollanın evləndiyi qadın kişi çıxdı - İNANILMAZ FIRILDAQÇILIQ / FOTO

 10:38 16.01.2020     2423

Məscidin imamının evləndiyi şəxs kişi çıxıb.

Redaktor.az xəbər verir ki, hadisə Uqandanın Kayunga şəhərində baş verib.

Molla Muhammed Mutumba adlı imam 2 həftə əvvəl Svabullah Nabukeera adlı bir qadınla evlənib. Toydan sonra baş verənlər hər kəsi şoka salıb. Belə ki, özünü qadın kimi təqdim edən şəxsin kişi olduğu məlum olub.

İmam bildirib ki, toydan sonrakı 2 həftə müddətində cinsi münasibətdə olmayıblar. Svabullah Nabukeera hər dəfə menstruasiya olduğunu, müddətin uzandığını deyib:

“Evlənəndə onun qadın olduğunu düşündüm. Bir qadın kimi gəzirdi, səsi incə idi. Heçnə başa düşmədim”.

Qonşudan oğurluq edərkən yaxalanan saxta gəlinin əsl adının Riçard Tumuşabe olduğu məlum olub.

Qeyd edək ki, məscidin imamı dini idarə tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Oral Mədənçi / Redaktor.az

 

22
Vumart və Güvən reklamı Vumart Güvən