Rusiya Dumasında Baş Nazir postuna Mişustinin namizədliyinə BAXILACAQ

 11:45 16.01.2020     272

Bu gün Rusiya Dövlət Dumasında Baş Nazir postuna Mixail Mişustinin namizədliyinə baxılacaq.

Redaktor.az-ın verdiyi məlumata görə, artıq Dumanın “Vahid Rusiya” fraksiyası ilə M. Mişustinin görüşü keçirilib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin və hökumət sədri postuna namizəd M. Mişustin “Vahid Rusiya” fraksiyasından olan deputatlarla, habelə Liberal Demokrat Partiyası fraksiyası ilə də görüşüblər.

Jurnalistlərə açıqlama verən M. Mişustin Baş Nazir vəzifəsində çalışmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, M. Mişustin Dumada təmsil olunan bütün fraksiyalarla görüşdən sonra Rusiya parlamentinin aşağı palatası onun hökumət sədri vəzifəsinə namizədliyinə baxacaq.

Xatırladaq ki, ötən gün Rusiya hökuməti istefa verib.//Apa.az