Gürcüstanda SOCAR-ın yanacaqdoldurma məntəqəsinə HÜCUM OLUB

 12:07 16.01.2020     295

Gürcüstanın Kobuleti rayonunda “SOCAR Georgia Gas”ın qaz yanacaqdoldurma məntəqəsinə hücum olub.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bir qrup şəxs məntəqənin mühafizəçisinə hücum edərək, məntəqəyə maddi zərər veriblər.

Faktla bağlı Gürcüstan DİN tərəfindən quldurluq maddəsi ilə cinayət işi açılıb.