Bidzina İvanişvili yenidən Gürcüstanın Baş Naziri ola bilər

 13:45 16.01.2020     172

Gürcüstanda Baş Nazir Giorgi Qaxarianı Bidzina İvanişvili əvəzləyə bilər.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, artıq hakim “Gürcü Arzusu” partiyası daxilində sabiq Baş Nazir B. İvanişvilinin ikinci dəfə bu postu tutması barədə müzakirələr aparılır.

Məlumata görə, hakim partiyanın belə bir qərar qəbul etməsi hazırkı Baş Nazir G. Qaxarianın ölkə daxilində reytinqinin aşağı olması ilə bağlıdır. Gələn il keçiriləcək parlament seçkilərində qələbəni təmin etmək baxımından bunun önəm daşıdığı qeyd olunub.

Gürcüstan parlamentinin “Gürcü Arzusu” partiyasından olan vitse-spikeri Gia Volski yayılan məlumatların doğru olmadığını bildirib.

Qeyd edək ki, 2012-2013-cü illərdə Gürcüstanın Baş Naziri postunu tutan B. İvanişvili hazırda hakim "Gürcü Arzusu" partiyasının sədridir. Eyni zamanda Gürcüstanın ən zəngin iş adamı statusuna sahib B. İvanişvilinin sərvətinin 5 milyard dollardan çox olduğu bildirilir.//Apa.az