Ötən ay Avropa İttifaqında avtomobil satışları 21%-dən çox artıb

 15:53 16.01.2020     858

Ötən ilin dekabr ayında Avropa İttifaqında (Aİ) avtomobil satışları illik ifadədə 21,4% artaraq 1 261 742 ədədə çatıb.

Redaktor.az-ın Avropa Avtomobil İstehsalçıları Birliyinə (ACEA) istinadən verdiyi xəbərə görə, 2019-cu ilin sonunda regiondakı avtomobil satışları 1,2% artaraq 15,8 mln. ədəd təşkil edib. Qeyd edilir ki, Avropanın bütün əsas avtomobil bazarları keçən ay artım göstərib. Fransada dekabr ayında avtomobil satışları 27,7%, Almaniyada 19,5%, İtaliyada 12,5% artıb. İspaniyada satışlar 6,6%, Böyük Britaniyada isə 3,4% artıb.

Avtomobil istehsalçıları arasında, dekabr ayında Aİ-də ən böyük satış artımına “Mazda” şirkəti (74%) nail olub. Həmçinin artım “Volkswagen Group” (21,3%), “Renault Group” (22,9%), “Toyota Motor Corporation” (21%), “Nissan” (23,4%), “Volvo Car” (27,2%) və “Honda” (27,7%) kimi nəhənglərində müşahidə olunub. Satışlarda azalma isə “PSA Group” (-2,6%) və “Mitsubishi” (-2,7%) şirkətlərində baş verib.//Apa.az