Saakaşvili İvanişvilini ciddi fərqlə ÜSTƏLƏDİ

 17:37 16.01.2020     198

Gürcüstan əhalisi ən çox parlamentin fəaliyyətindən narazıdır.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə ABŞ-ın Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, parlamentdən narazı olanların sayı əhalinin 40%-ni təşkil edib. Parlamentin fəaliyyətini respondentlərin cəmi 1%-i təqdir edib.

44% respondent ordunun fəaliyyətini müsbət dəyərləndirib. Ordudan sonrakı pillədə Pravoslav Kilsəsi (37%) qərarlaşıb.

Hakimiyyət nümayəndələri arasında ən nüfuzlu şəxs Tiflis meri Kaxa Kaladze seçilib. Baş nazir Georgi Qaxariyanı cəmi 17% insan dəstəkləyib. Prezident Salome Zurabişvili isə cəmi 8% səs toplaya bilib.

Sorğu iştirakçıları Gürcüstanın doğru olmayan istiqamətdə inkişaf etdiyini deyiblər. Bununla belə Gürcüstanın Avropa Birliyinə üzvlüyünü dəstəkləyənlərin sayı artıb. Keçən illə müqayisə AB-yə inteqrasiya tərəfdarlarının sayı 4% artıb və 82%-ə qalxıb. NATO-ya inteqrasiyanı əhalinin 74%-i müdafiə edib.

Gürcüstandakı siyasətçilər arasında ən nüfuzlu şəxs isə Avropa Gürcüstanı Partiyasının lideri David Bakradze (34%) və Tiflis meri Kaxa Kaladze (34%) olub. Gürcüstanın boz kardinalı Bidzina İvanişvilini respondentlərin 16%-i dəstəkləyib. İvanişvilinin fəaliyyətini mənfi dəyərləndirənlər respondentlərin 49%-ni təşkil edib.

İvanişvilinin ən böyük düşməni olan Mixail Saakaşvili bu sorğuda boz kardinalı kəskin fərqlə üstələyib. Saakaşvili respondentlərin 26%-nin səsini toplayıb.