"NASA-nın Aya uçmaq üçün yaratdığı raket faciədir" - MASK
“Tesla” və “SpaceX”in təsisçisi İlon Mask NASA tərəfindən yaradılan SLS super ağır raketini yüzfaizlik faciə adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
Maskın sözlərinə görə, SLS-in əsas problemi raketin təkrar istifadə oluna bilməməsidir. Milyard dollar dəyərindəki raket hər buraxılışdan sonra məhv olur.
Xatırladaq ki, SLS-in ilk buraxılışı texniki problemlərə görə 2020-2021-ci illərə təxirə salınıb. (Oxu.az)