Puerto-Rikoda 20 min insan evini tərk edib - ZƏLZƏLƏ

 01:17 18.01.2020     6511

Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub.

Redaktor.az -ın məlumatına görə, bu barədə Puerto-Riko hakimiyyəti bildirib.

Qeyd edək ki, Karib dənizində-bu adada enerji təchizatı sistemini, infrastrukturu pozan və bir sıra evlərin dağılmasına səbəb olan zəlzələlər baş verib. Ən güclü zəlzənin maqnitudası 6.6 bal təşkil edib. Puerto-Riko hakimiyyəti fövqəladə vəziyyət rejimini elan edib.

Puerto-Riko Dövlət katibi Elmer Roman bildirib ki, təxminən 8,2 min nəfəri dövlət, daha çoxu isə qeyri-resmi sığınacaqlarda yerləşdirilib.

E.Roman, həmçinin 3,5 min insanın hələ də elektrik enerjisindən məhrum olduğunu deyib. (Trend.az)