Yerevanda Mətbuat Evində yanğın olub - FHN

 15:45 18.01.2020     8820

Yerevanda Mətbuat Evində yanğın baş verib.

Redaktor.az -ın verdiyi xəbərə görə, yanğınla mübarizə qrupunun rəhbəri Artur Mardanyan jurnalistlərə açıqlamasında onlarla nəşrin redaksiyasının və bir sıra televiziya şirkətlərinin yerləşdiyi Yerevanın mərkəzindəki Mətbuat Evinin binasında baş verən yanğının lokallaşdırıldığını bildirib.

"Yanğın lokallaşdırılıb. Birinci mərtəbədəki elektrik panelləri qısa qapanma səbəbindən yanıb. İşçilərimiz yanğının elektrik naqilləri ilə yuxarı mərtəbələrə yayılmasının qarşısını alıb", - deyə Mardanyan bildirib. (APA)