SON DƏQİQƏ: İrandan PİS XƏBƏRLƏR gəlir - Ölən və yaralananlar var

 17:20 18.01.2020     7753

Yanvar ayının 9-dan davam edən güclü yağışlar İranın Sistan-Bəlucistan əyalətində fəlakətə səbəb olub.

Redaktor.az xəbər verir ki, sel nəticəsində 400 kənd su altında qalıb, 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Bölgəyə gedən yolların sel nəticəsində bağlanması əhaliyə yardım edilməsini çətinləşdirib.

Əyalətə səfər edən İran prezidenti Həsən Ruhani bildirib ki, əhalinin problemləri həll ediləcək.

Güney / Redaktor.az