TƏHLÜKƏ: Türkiyə-Yunanıstan müharibəsi... - "Dörd dəfə güclüyük, vuruşaq!"

 12:14 19.01.2020     7940

Yunanıstan mediasında Türkiyə ilə müharibə çağırışları artmaqdadır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" qəzetinin köşə yazarı Özay Şendir "Afinada "Türkiyə ilə vuruşaq" səsləri..." adlı yazısında qeyd edib:

"Yunan generalları, hərb ekspertlər Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra ordunun zəiflədiyini düşünür. Onlar hesab edir ki, hazırda Yunanıstan ordusu bizdən dörd dəfə güclüdür".

Müəllif yazısında qeyd edib ki,  Yunanıstan parlamentindəki iqtidar pariyasında olan millət vəkillərinin də müharibə çağırışları etməsi təhlükəli məqamdır:

"Tədqiqat gəmilərimizin, xüsusən də Krit adasına yaxın ərazidəki gəminin iş qrafikinin açıqlanacağı gözlənilir. Bu baxımdan fevral ayında diqqətli olmalıyıq. 

Hamı bilir ki, dünya Türkiyə-Yunanıstan müharibəsinə sadəcə 12 saat icazə verər. Sonra Avropa Birliyi, NATO və Birləşmiş Millətlər Təşkilatı (BMT) müharibənin davam etməsinə imkan verməz. 

Amma nəzərə almalıyıq ki, Şərqi Aralıq dənizidə Türkiyəni blokadaya almaq planı çökən rəsmi Afina əvvəl silah, sonra diplomatiya yolu ilə istədiyini almaq üçün belə çılğınlıq edə bilər".

Oral Mədənçi / Redaktor.az