Sürücü gediş haqqını ödəməyən sərnişi bu hala saldı... - VİDEO

 23:20 19.01.2020     6729

Ukraynanın Zaporojye şəhərində taksi sürücüsü sərnişini “zelyonka” ilə yuyunmağa məcbur edib.

Redaktor.az -ın məlumatına görə, buna səbəb sərnişinin gediş haqqını ödəməkdən imtina etməsi olub.

Sürücü-sərnişin qarşıdurmasının videosu “Subbota” portalı yayıb.

Portalın məlumatına görə, sərnişin yalnız mənzil başına çatdıqdan sonra pulunun olmadığını bildirib.

Bu isə sürücünü qəzəbləndirib. Kadrlarda sərnişinin “zelyonka”nın şüşədən əllərinə tökməyi, sonra isə onunla üzünü yuması açıq görünür. (Oxu.az)