ABŞ: Bütün dünya saat 22:00 gözləyir, nə baş verəcək? - Şimali Koreya, İran, Rusiya...

 20:59 21.01.2020     6351

Rusiya, Şimali Koreya, İran məsələləri ilə mücadilə edən ABŞ Prezidenti Donald Tramp üçün siyasi karyerasının ən çətin günüdür.

Redaktor.az xəbər verir ki, bu gün ABŞ Senatında Donald Trampın vəzifəsindən kənarlaşdırılması ilə bağlı dinləmələr başlayır. 

Senatorlar prezidentin vəzifəsindən şəxsi maraqları üçün sui-istifadə etdiyi haqqda iddiaları müzakirə edəcəklər. Bu, ABŞ tarixində üçüncü dəfə baş verən hadisədir.

ABŞ Senatındakı demokratlar tələb edir ki, Ağ Evdə çalışan və Donald Trampın seçki qərərgahında təmsil olunan şəxslər şahid kimi ifadə versin. 

Qeyd edək ki, Senatdakı müzakirələr Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oral Mədənçi / Redaktor.az