Volkswagenə 150 milyon dollarlıq CƏZA

 16:29 23.01.2020     1084

Kanada məhkəməsi dizel emissiyasını pozduğu üçün Volkswagen şirkətinə kəsilən 150 milyon dollarlıq cəzanı təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Volkswagen şirkəti Kanadaya göndərdiyi 128 min avtomobildə emissiya standartlarını pozduğu üçün Kanada hökuməti tərəfindən məhkəməyə verilmişdi.

Alman şirkəti Kanada Ətraf Mühit qanunlarına görə, 60 qaydanı pozduğunu və yetkililəri səhv məlumatlandırdığını qəbul edib.

Güney / Redaktor.az