Nikol Paşinyan hökumətini devirməyə cəhd ediblər - AÇIQLAMA

 00:50 24.01.2020     1089

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, 2018-ci ildə ölkədə baş verən siyasi dəyişkliklərdən sonra Ermənistanda bir neçə dəfə dövlət çevrilişi etməyə cəhd göstərilib. 

 

Redaktor.az xəbər verir ki, “Dövlət çevrilişinə cəhd edilib. Özlərini müxalifət adlandıranlar və ya keçmiş hökumətin təmsilçiləri hücuma hazırlaşaraq müxtəlif siyasi alətlərdən və insanlardan istifadə etməyə çalışırdılar. Çoxları həvəsə gələrək onların düşüncələrinin ardınca gedərək hansısa addımlar atmağa cəhd edib. Lakin nəticədə onlar heç bir müvəffəqiyyət əldə edə bilmədilər”, - Təhlükəsizlik Şurasının katibi bildirib. 

Ancaq Armen Qriqoryan kiminsə adını və onların hansı hərəkətlərdə yol verdiklərini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda başlayan etiraz aksiyalarından sonra hakimiyyət dəyişikliyi baş verib. Etirazlara başçılıq edən Nikol Paşinyan səkkiz may 2018-ci ildə Ermənistanın Baş naziri təyin olunub. (Oxu.az)