Nazirlər ölümlə təhdid edildi - FRANSADA

 04:22 24.01.2020     1070

Fransada aksiyalara səbəb olan pensiya islahatlarını hazırlayan iqtisadiyyat və maliyyə nazirləri ölümlə təhdid edilib.

Redaktor.az xəbər verir ki, ötən gün İqtisadiyyat naziri Bruno Le Maire və Maliyyə naziri Gerald Darmaninə naməlum şəxs tərəfindən məktub göndərilib.

“Makron pensiya islahatını dayandırmalıdır, yoxsa qətliam edəcəyik” cümləsi yazılmış məktuba 2 güllə də qoyulub

Paris polisi faktla bağlı araşdırmaya başlayıb. 

Güney / Redaktor.az