Çin koronavirus bəlası ilə üz-üzə: Ölənlərin sayı artır

 10:15 24.01.2020     1103

Çində koronavirusdan ölənlərin sayı 25-ə çatıb.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi yayıb. Ölkədə bu virusa yoluxanların sayı 830 nəfərə yüksəlib.

Koronavirusdan ölənlərin 24-ü Çinin Xubey vilayətindəndir. Xəstələrdən 177-nin vəziyyətinin kritik olduğu bildirilib.

Çində virusun yalnız Tibet muxtar bölgəsi və Çinxay vilayətinə hələlik gəlib çatmadığı açıqlanıb.