Vladimir Putin özünə iki yeni köməkçi TƏYİN ETDİ

 11:23 24.01.2020     1197

Rusiya Prezidentinə iki yeni köməkçi təyin olunub.

Redaktor.az-ın məlumatına görə, Vladimir Putinin fərmanları ilə sabiq İqtisadi İnkişaf naziri Maksim Oreşkin və sabiq Mədəniyyət naziri Vladimir Medinski Rusiya Prezidentinin köməkçiləri təyin ediliblər.

V. Putinin digər fərmanı ilə baş nazirin sabiq müavini Dmitri Kozak Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyinat alıb.//Apa.az