Qarabağda iki erməni hərbçi naməlum şəraitdə GÜLLƏLƏNİB

 14:07 24.01.2020     1295

Bu gün səhər saatlarında Dağlıq Qarabağda iki hərbçi güllələnib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə qondarma rejimin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum şəraitdə baş verib.  

Güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.

Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağır qiymətləndirilir.