SSRİ bu halda əbədi olardı - Jirinovski

 15:00 24.01.2020     1579

SSRİ-nin süqutunun əsas səbəblərindən biri birpartiyalı sistem idi.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, əgər Kommunist Partiyası zamanında iki fraksiyaya bölünsəydi, o zaman SSRİ indiyə qədər mövcudluğunu qoruyub saxlayardı:

“Əgər kommunistlər zamanında Kommunist Partiyasının iki partiyaya – konservativ və sosial demokratlara - parçalanmasına razılaşsaydılar və onlar arasında real rəqabət olsaydı, SSRİ əbədi olardı”.//Axar.az