Ərdoğandan Merkelə iki maraqlı HƏDİYYƏ

 17:00 24.01.2020     2893

Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Redaktor.az xəbər verir ki, görüş Türk-Alman Universitetinin kampusunun açılış mərasimində baş tutub.

Mərasim zamanı Ərdoğan Merkelə maraqlı hədiyyələr verib. Türkiyə Prezidenti kanslerə naxışlarla bəzədilmiş güzgü və zəfər dəbilqəsi təqdim edib.

24 əyarlı qızıl və rəngli şüşələrlə bəzədilən güzgünün qiyməti 2395 lirədir.//Axar.az