Netanyahudan Zelenskiyə: İran bilirdi...

 17:45 24.01.2020     3170

İran öz Silahlı Qüvvələrinin Ukrayna təyyarəsini vurduğunu həmin an bilirdi, amma bu informasiyanı gizlədirdi.

Redaktor.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.

“İran ilk andan bilirdi ki, onun qüvvələri sizin təyyarəni vurub. Onlar bunu gizlətməyə çalışdılar. Düşünürəm ki, bu rejimin nə olduğu haqqında çoxları bilir. Ümid edirəm ki, biz sizinlə sivilizasiyalarımız və ümumi gələcəyimizə təhdid olan rejimlər və qüvvələrlə necə mübarizə aparacağımızı müzakirə edəcəyik”, – deyə o bildirib.//Axar.az