Madaqasqarda sel: 21 nəfər ölüb, itkin düşənlər var

 23:30 24.01.2020     5451

Madaqasqarın şimal-qərb hissəsində günlərdi davam edən leysan yağışları fəlakətə səbəb olub.

Redaktor.az xəbər verir ki, təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Ölkənin şimal-qərb bölgəsində yolların sel nəticəsində dağılması bu bölgə ilə quru əlaqəsini kəsib.

Port-Berg bölgəsində sel 700 metr yolu yuyub.

Güney / Redaktor.az