Ərdoğandan İdlib açıqlaması: Səfərbərlik elan etdik

 22:00 24.01.2020     466

Suriya hökumətinin hücumlarından dolayı İdlibdən 400 minə yaxın insan Türkiyə sərhədinə doğru yola çıxıb.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə apardığı danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

“Sürətlə sığınacaqlar hazırlamaq üçün səfərbərlik elan etdik. Bizim sərhədə 30-40 kilometrlik məsafədə bunlar qurulacaq”, - dövlət başçısı qeyd edib. (Axar.az)