TÜRKİYƏ: Yüzdən çox ev dağılıb, ölənlər var - GÜCLÜ ZƏLZƏLƏ

 23:35 24.01.2020     5086

Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, Kandilli Rəsədxanası zəlzələnin yerin 6,75 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.

Zəlzələ Malatya, Diyarbəkir, Mardin, Gaziantəp, Tuncəli və bir çox başqa şəhərlərdə hiss edilib.

Malatya şəhərinin Pütürgə rayonun bələdiyyə başçısı Mikayıl Sülük bildirib ki, 100-dən çox ev dağılıb, bölgədə çadırlar qurulur.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu isə zəlzələ nəticəsində 4 nəfərin öldüyünü, 84 nəfərin yaralandığını açıqlayıb.

Oral Mədənçi / Redaktor.az