Pentaqon: 34 ABŞ hərbiçisi beyin travması keçirib

 09:15 25.01.2020     1630

Amerika Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, İranın İraqdakı ABŞ hərbi bazalarını bombalaması nəticəsində 34 ABŞ əsgəri beyin travması keçirib.

Redaktor.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Jonathan Hoffman keçirdiyi mətbuat konfransında bildirib ki, beyin travması keçirən əsgərlərdən 9-u Almaniyada, 1-i Küveytdə, 16-sı isə İraqda müalicə olunur.

Xatırladaq ki, 8 yanvar tarixində İran ABŞ-ın İraqda yerləşən hərbi bazalarına raketlərlə hücum etmişdi.

Güney / Redaktor.az