TÜRKİYƏDƏ ZƏLZƏLƏ: Ölü sayı hər saat artır - Binaların çoxu dağılıb... / FOTOLAR

 10:00 25.01.2020     1878

Xəbər verdiyimizkimi, ötən gün Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, Kandilli Rəsədxanası zəlzələnin yerin 6,75 kilometr dərinliyində qeydə alındığını bildirib. 

Zəlzələ Malatya, Diyarbəkir, Mardin, Gaziantəp, Tuncəli və bir çox başqa şəhərlərdə hiss edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi zəlzələ nəticəsində ölənlərin sayının 20-yə yüksəldiyi, 1015 nəfərin yaralandığını açıqlayıb.

Bölgədə bir çox binlara dağlıb. Hazırda xilasetmə qrupları  axtarış-xilasetmə işlərini davam etdirir.

Oral Mədənçi / Redaktor.az

222222