Türkiyədə zəlzələdə ölənlər arasında xarici ölkə vətəndaşları YOXDUR

 10:45 25.01.2020     1071

Türkiyənin Elazığ və Malatya vilayətlərində baş verən zəlzələ nəticəsində ölən və yaralanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat daxil olmayıb.

Bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən (AFAD) məlumat verilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, təbii fəlakətlə əlaqədar (00905526792565) “Qaynar xətt” yaradılıb. “Qaynar xətt”ə indiyədək zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşları ilə bağlı heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, dünən yerli vaxtla 20:55-də Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.//Apa.az