25 bölgədə fövqəladə vəziyyət ELAN OLUNDU - Dünya QORXU İÇİNDƏ

 15:52 25.01.2020     493

Çinin 25 vilayətində və bəzi muxtar şəhərlərində fövqəladə vəziyyət elan olunub.

Redaktor.az xəbər verir ki, buna səbəb Vuhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayında artımın baş verməsidir.

1,2 milyard insanı əhatə edən fövqəladə vəziyyət Çinin Dövlət Şurası və mərkəzləşdirilmiş qərargah tərəfindən icra olunur.

Qeyd edək ki, koronavirusa yoluxanların sayı 1330, ölənlərin sayı isə 41 nəfərə çatıb.

Virus 10-a yaxın ölkədə də təsbit olunub. (Publika.az)