" Lassa" qızdırmasından 29 nəfər ölüb - Nigeriya

 20:07 26.01.2020     2519

Yanvar ayı ərzində Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb, 195 nəfərin infeksiyaya yoluxduğu təsdiqlənib.

Redaktor.az-ın verdiyi xəbərə görə,  bu barədə Nigeriya Xəstəliklərə nəzarət üzrə mübarizə mərkəzi məlumat yayıb.

Lassa qızdırması tənəffüs sisteminin, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır. Xəstəlik ərzaq, su, hava-damcı, cinsi əlaqə yolu ilə keçə bilər. Xəstəliklə əlaqədar əsas profilaktik tədbirlər siçovullarla mübarizə, ərzaq və suyun qorunmasıdır. (APA)