SON DƏQİQƏ: İranın daha bir məşhur generalı öldürüldü

 21:44 03.02.2020     2501

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir komandiri öldürülüb.

Redaktor.az xəbər verir ki, general Əsgər Paşapur ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə qanlı döyüşlərdə güllə yarası alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgər Paşapur bir müddət öncə ABŞ-ın İraqda sui-qəsd nəticəsində öldürdüyü general Qasım Süleymanin yaxın dostu və silahdaşı idi. 

Qeyd edək ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Güney / Redaktor.az