Əlövsət Əliyev həbsdən azad olundu

 14:27 13.02.2020     1779

Bir neçə ay əvvəl Almaniyada həbs edilən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev azadlığa buraxılıb.

Redaktor.az bildirir ki, bu barədə APA-ya Ə.Əliyevin qardaşı Sabir Rüstəmxanlı məlumat verib.

Ə.Əliyevin bu gün həbsdən azad edildiyini qeyd edən S.Rüstəmxanlı hələlik onunla danışmadığını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Ə. Əliyev ötən ilin noyabrında Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, qanunsuz miqrasiya cinayətlərində təqsirləndirilir. 

Vumart və Güvən reklamı Vumart Güvən