Sinqapurdakı tibb işçilərinə Valentin mesajları

Sevgililər Günündə bir qrup gənc əlyazma qeydləri ilə Sinqapurda koronavirusun yayılmasının qarşısını almaq üçün çalışan tibb işçilərinə təşəkkür ediblər.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Sinqapurda 50 yoluxma hadisəsi qeydə alınıb və hökumət virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görür.
Bəzi insanlar, o cümlədən məktəblilər sosial mediadan sevgi və dəstək mesajları paylaşaraq, tibb işçilərinin əhval-ruhiyyəsini yüksəltməyə çalışıblar.
Sevda Ulutau / Redaktor.az
