ABŞ-ın Kərkükdəki hərbi bazaya raket zərbələri endirilib

 01:50 14.02.2020     1000

İraqın şimalında yerləşən Kərkük ərazisindəki ABŞ silahlı qüvvələrinin istifadə etdiyi “K1” hərbi hava bazası cümə axşamı raket atəşinə tutulub. 

Redaktor.az-ın xəbərinə görə bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, hərbi bazaya iki ədəd “Katyuşa” tipli raket mərmisi atılıb. Hava zərbələrindən dərhal sonra ABŞ-ın döyüş təyyarələri havaya qaldırılıb. 

Hər hansı bir tələfatın olması ilə bağlı məlumat verilməyib. //APA