Dəməşqə hava zərbələri endirilib

 07:07 14.02.2020     663

Suriyanın Dəməşq şəhəri gecə saatlarında davamlı olaraq hava hücumuna məruz qalıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Ikhbariya” dövlət televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, döyüş təyyarələrindən endirilən raket zərbələri nəticəsində şəhərdə artıq bir neçə obyekt dağılıb. 

Kanalın məlumatına görə, Suriya hökumətinin Hava Hücumundan Müdafiə qüvvələri raketlərdən bir neçəsini vurmağa müvəffəq olub. //APA